BURADA REKLAMINIZ OLA
BİLƏR

“Kapital Bank” məcburi köçkünlərin pulundan 5 manat “tutub”

Dövlət tərəfindən məcburi köçkünlər üçün verilən maliyyə vəsaiti fevral ayında onların bank kartlarına 5 manat az ödənilib.

 

Pravda.az xəbər verir ki, bu haqda sosial şəbəkələrdə məlumat yayılıb. Xəbərə görə bunun səbəbi ilə maraqlandıqda məlum olub ki, həmin 5 manat Kapital Bank tərəfindən illik kart haqqı olaraq tutulub.

 

Məcburi köçkünlər bildirirlər ki, uzun illər ərzində onlardan heç vaxt kart haqqı tutulmayıb.

 

Məsələ ilə bağlı hələlik bank heç bir açıqlama ilə çıxış etməyib.

Tarix: 27 Fevral 2021, 15:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin