BURADA REKLAMINIZ OLA
BİLƏR

Prezident tapşırıq verdi

Prezident İlham Əliyev “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 23 fevral tarixli 271-VIQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.

 

Pravda.az xəbər verir ki, sərəncam Nazirlər Kabinetinə aşağıdakılar tapşırılıb:

 

Nazirlər Kabinetinin (NK) 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 23 fevral tarixli 271-VIQD nömrəli Qanununa uyğunlaşdırılmasını təmin etmək məqsədilə iki ay müddətində, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, həmin Təlimata müvafiq dəyişikliklər etməlidir.

 

Həmçinin NK Qanundan irəli gələn digər məsələləri həll etməlidir.

Tarix: 27 Fevral 2021, 16:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin