BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanlı iş adamı itkin düşdü

Ukraynanın Luqansk vilayətinin separatçıların nəzarətində olan Krasnıy Luç rayonunda yaşayan azərbaycanlı iş adamı, 1971-ci il təvəllüdlü Kərimov Kərəm Eyvaz oğlu itkin düşüb.

 

Pravda.az-ın məlumatına görə, K.Kərimov Kiyevə getmək istəyərkən Ukraynanın nəzarətində olan ərazidə yoxa çıxıb.

 

Belə ki, Luqanskın Ukrayna nəzarətində olan hissəsinə keçdikdən sonra azərbaycanlı iş adamı ilə yaxınlarının əlaqəsi kəsilib. Artıq bir həftədir ondan xəbər yoxdur.

 

K.Kərimov Krasnıy Luç ətrafında kənd təsərrüfatı biznesi ilə məşğul olub.

 

Report

Tarix: 27 Fevral 2021, 16:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin