BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda fərdi sahibkarlıqla məşğul olanların sayı bir milyonu ötdü

Azərbaycanda fərdi sahibkarlıqla məşğul olanların sayı bir milyonu ötüb.

 

Bu barədə Pravda.az-ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən bildirilib.

 

Məlumatda qeyd olub ki, 1 yanvar 2021-ci il vəziyyətinə qeydiyyatda olan fərdi sahibkarlıq subyektlərinin sayı 1.062.537, ümumi sahibkarlıq subyektlərinin sayı isə 1.200.930-dur.

 

2020-ci il ərzində qeydiyyatdan keçmiş statistik vahidlərin sayı isə 174720 (onlardan 165101 fərdi sahibkardır) olub.

 

Qeyd: Ötən ilin yanvarın 1-nə olan məlumata əsasən, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı 914 mini ötüb.

 

Nəzrin Cavid

Tarix: 28 Fevral 2021, 13:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin