BURADA REKLAMINIZ OLA
BİLƏR

“Azərişıq” ASC-nin smart kart ödənişlərində problem yaranacaq? - RƏSMİ CAVAB

“Azərişıq” ASC smart kart ödənişlərində problem yaranacağı ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.

Qurumdan Pravda.az-a bildirilib ki, informasiya sistemində aparılacaq yenidənqurma işləri nəticəsində smart kart ödənişlərində 10 günlük problem yaranacağı haqqında sosial şəbəkələrdə yayılmış və abonentlər arasında çaşqınlıq yaradan məlumatlar doğru deyil və həqiqəti əks etdirmir. 


"Bütün abonentlərimiz, o cümlədən smart kart istifadəçiləri də, hər zaman ödəniş etdikləri qaydada istədikləri vatxda və yerdə rahatca ödənişlərini apara bilərlər", - deyə “Azərişıq”dan bildirilib.


Tarix: 28 Fevral 2021, 17:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin