BURADA REKLAMINIZ OLA
BİLƏR

“Ermənistanda çevriliş baş tutmasa, Xocavənd, Sərsəng istiqamətində...”

Baharın ilk həftələrində Qarabağda olacaqlar haqqında mülahizə.

 

Artıq 3 gündür sistematik olaraq efirə baharda Qarabağda kiçik terror əleyhinə aksiyalar planlaşdırıldlğı fikirləri atılır.

 

Rusun ordusu orada ikən buna cürət etməyəcəyimiz əslində məntiqlidir, amma…

 

Bu məntiqin tətbiqində səhv bizim bunu müharibə kimi düşünməyimizdədir.

 

Necə ola bilər?

 

Müəyyən reydlərlə silahlı Ermənistan qeydiyyatlı şəxslərin müəyyənləşdirilməsi üçün əməliyyatlar keçirilə bilər. Pasport vəziyyətinə nəzarət deyilir buna. Bunun elə sovetin vaxtında keçirilmə təcrübəsi artıq var. “Koltso”(halqa) əməliyyatı deyilirdi bunu.

 

Ermənistanda çevriliş baş tutmasa Xocavənd, Sərsəng istiqamətində irəliləmə və Laçın dəhlizində Azərbaycanın pasport nəzarəti mümkündür.

 

Paşinyan devrilsə Laçında pasport nəzarətinə bizi qoşa bilərlər.

 

İndilik gördüyüm, nə biz, nə də rus ermənilərin nazı ilə uzun müddət oynamaq istəmir.

 

Vasif İsmayıl

Tarix: 1 Mart 2021, 08:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin