BURADA REKLAMINIZ OLA
BİLƏR

“Bu təlimlər və təzyiqlər Qafqazda Rusiyanın aqressiv siyasətinin cilovlanmasına hesablanır”

“ABŞ Rusiyaya qarşı yeni təzyiq mərhələsinə başlayıb. Bu, beynəlxalq münasibətlər sistemində, həmçinin Qafqaz və Qara dəniz regionunda daha da qabarıq şəkildə özünü göstərəcək”.

 

Pravda.az-ın xəbərinə görə, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

 

M.Əsədullazadə qeyd edib ki, Gürcüstanda və Ermənistanda yaşanan siyasi böhran məhz ABŞ- Rusiya kimi qarşıdurması kimi xarakerizə etmək olar: “Çünki iki ölkədə baş verənlər siyasi müstəvidə davam edir. Porsesin ən böhranlı vəziyyəti əsasən, Ukrayna və Qara dənizdə baş verənlərdir. Bu periferiyada birbaşa maraq toqquşması hərbi müstəvidə həyata keçirilir. Krımla bağlı Ağ Ev rəhbəri Bayden ciddi addımlar atacağını elan edib. Qara dənizdə altında Rusiyanın sərhəddində NATOnun “Poseidon 21” hərbi təlimlərinə start verilib. Bu hərbi təlimlərdə Rusiya ilə isti münasibətlərə malik olan Fransa, Yunanıstan və Türkiyə də fəal iştirak edir. Qara dənizdə keçirilən bu təlimlər bibaşa ABŞ -NATO əlaqələrinin bərpası və Rusiyaya qarşı müttəfiqlərin bir araya gəlməsinin göstəricisidir. Artıq bundan sonra ABŞ Rusiyaya qarşı təkcə deyil, NATO çətiri altında hərbi müstəvidə təyzyiqlər edəcək. Qara dənizdə keçirilən hərbi təlimlər Moskva üçün soyuq duş effekti yaratmaqla yanaşı, NATO-Rusiya qarşıdurmasının başlanğıcıdır. Qeyd edm ki, NATO Baş katibi Y. Stoltenberq Rusiya ilə qarşıdurmaya hazır olduqlarını qeyd etmişdi. Məhz keçirilən bu hərbi təlimlər regionda gərginliyi artırmaqla yanaşı yeni lokal münaqişələrə yol aça bilər. Həmçinin Ukraynanın Donbasda hərbi əməliyyatlara başlanmasına gətirib çıxara bilər. ABŞ -ın siyasi planı Donbasda müharibənin başlanmasına rəvac vermək və bunun müqabilində öz hərbi iştirakını Qara dəniz və Ukraynada genişləndirməkdir. Cənubi Qafqaz və burada Azərbaycana təsirlərinə gəldikdə isə, baş verənlər ölkəmizin regional maraqlarına cavab verir. Bu təlimlər və təzyiqlər Qafqazda Rusiyanın aqressiv siyasətinin cilovlanmasına hesablanır”.

Tarix: 1 Mart 2021, 12:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin