BURADA REKLAMINIZ OLA
BİLƏR

“Ölkə üzrə gün ərzində efiri qapamaq çox yanlış, qüsurlu bir addımdır”

Yenə də ölkənin efiri " rubilnikdən" söndürülüb. Təsəvvür edin ki, ölkənin efir infrastrukturu elə qurulub ki, ildə 3-4 dəfə  avadanlıqların tozunu silmək üçün gərək efiri "rubilnikdən" söndürəsən. Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin inhisarçı qurumu olan Teleradio İstehsalat Birliyi yenə də Milli Televiziya və Radio Şurasına bir kağız parçası göndərərək bildirib ki, avadanlıqların tozunu silmək üçün, profilaktika məqsədilə ölkədə bütün tele-radio yayımı dayandırılacaq. Hökumətin və informasiya təhlükəsizliyinə, inhisarçılığa cavabdeh qurumların diqqətinə bir daha  çatdırmaq istərdim ki, ildə bir neçə dəfə bütün ölkə üzrə gün ərzində efiri  qapamaq çox yanlış, qüsurlu bir addımdır”.

 

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Osman Gündüz deyib.

 

“Ümid edirən NRYTN yeni rəhbərliyi efirə cavabdeh olan MTRŞ ilə birgə nəhayət ki, bu problemi həll edəcək. Yeri gəlmişkən, NRYTN rəhbərliyinə xatırladıram ki,  bir neçə il öncə alternativ yayım stansiyasının qurulması üçün büdcədən xeyli vəsait də ayrılmışdı” – O.Gündüz qeyd edib.

Tarix: 1 Mart 2021, 18:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin