BURADA REKLAMINIZ OLA
BİLƏR

Nazirlik televiziyalarla bağlı məlumat yaydı

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi tərəfindən il ərzində bir neçə dəfə radio-televiziya proqramlarını istehsal edən şirkətlərlə öncədən razılaşdırılmış qrafik əsasında kompleks profilaktika işləri aparılır.

 

Nazirlikdən verilən məlumata görə, texniki tələb olan kompleks profilaktikada məqsəd bütün yayım avadanlıqlarında, onların anten-fider sistemlərində müvafiq test-yoxlama, sazlama, təmir-bərpa və digər profilaktik işlərin aparılmasından ibarətdir.

 

Kompleks profilaktika zamanı bütün radio və televiziya proqramlarının yayımı həm studiyalarda (proqram istehsalçıları tərəfindən), həm də radio-televiziya yayım stansiyalarında (proqram yayımçısı olan “Teleradio” İB tərəfindən Bakı Teleqüllə Kompleksi daxil olmaqla, ölkə üzrə digər 126 stansiyada) dayandırılır.

 

Qeyd edək ki,  Bakı Teleqüllə Kompleksində fors-major halları baş verəcəyi zaman yayımlarda dayanma olacağı halda alternativ stansiya olaraq yayımları həyata keçirmək üçün Alternativ Radio-Televiziya Yayım Stansiya yaradılıb.

 

Eyni zamanda, rəqəmli sosial TV paketin də yayımı alternativ RTYS-dən mümkündür. Lakin bunun üçün proqram istehsalçıları kompleks profilaktika zamanı yayım materialını təqdim etməlidir.

Tarix: 1 Mart 2021, 20:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin