BURADA REKLAMINIZ OLA
BİLƏR

Koronavirus nə vaxt bitəcək? – Bill Qeyts açıqladı

“Microsoft” kompaniyasının banisi Bill Qeyts koronavirus pandemiyasının bitmə vaxtı ilə bağlı proqnozunu açıqlayıb.

 

Bill Qeytsin fikrincə, dünya 2022-ci ilə qədər “normal vəziyyətə” qayıda bilər. “Problem ondadır ki, biz bütün planetdə pandemiyanın bitməsi üçün yetəri qədər səy göstərmirik”, - deyə o bildirib.

 

Milyarderin sözlərinə görə, ABŞ artıq payız aylarında demək olar ki, normal vəziyyətə qayıdacaq. Bu zamana qədər bütün məktəblər açılacaq, restoranlar fəaliyyətini qismən bərpa edəcək və idman tədbirləri keçiriləcək. Lakin pandemiya üzərində yekun qələbə qazanmaq üçün vaksinasiya məsələsində “bütün dünyaya yardım etmək” lazımdır.

 

Bill Qeyts hələ ki, koronavirus əleyhinə preparatların yalnız varlı ölkələr üçün əlçatan olduğunu və “Gates Foundation” fondunun vaksin istehsalının artırılması üçün əlavə müəssisələrin tikilməsi ilə məşğul olacağını qeyd edib.

Tarix: 1 Mart 2021, 22:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin