BURADA REKLAMINIZ OLA
BİLƏR

Paris Məhkəməsi: Sarkozi həbsxanaya göndərilməyəcək

Korrupsiyada ittiham edilən Fransanın sabiq Prezidenti Nikola Sarkozi həbsxanaya göndərilməyəcək.

Pravda.az xəbər verir ki, bu barədə Paris Məhkəməsi qərar qəbul edib.

Bildirilib ki, Sarkozi evdə elektron nəzarət altında olacaq. Sonrakı şərtlər hakim tərəfindən müəyyənləşdiriləcək.

Məhkəmədə Milli Maliyyə Prokurorluğu Sarkozinin 4 il həbs cəzasına məhkum edilməsini istəyib.

Sarkozi isə öz növbəsində heç vaxt qanunun aliliyi prinsiplərinə zidd hərəkətlər etmədiyini deyib. 

Qeyd edək ki, hakim prosesi ölkə tarixinə düşəcək skandal adlandırıb.

Tarix: 2 Mart 2021, 08:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin