BURADA REKLAMINIZ OLA
BİLƏR

“Ermənistanda Qarabağ buxovundan qurtarıb, Avropaya inteqrasiya olunmaq istəyir” – Əli Kərimli

“Bu mitinq təkcə Paşinyana dəstək mitinqi deyil Bu mitinqdəki kütləvilik həm də o deməkdir ki, erməni xalqı 10 noyabr atəşkəs razılaşmasından prinsipcə razıdır. Bundan artığını əldə edəcəyini düşünmür. Xalq olaraq şüuraltında qəbul edib ki, məhz biz azərbaycanlılar bu münaqişədə haqlı və güclü tərəfik. Erməni xalqı 30 il ərzində cəlb olunduğu Qarabağ avantürasından bezib və bu yükdən qurtulmaq istəyir. Azərbaycanla yeni savaş, revanş istəmir. Revanş və yeni savaş istəyinin sifarişi xaricdən gəlir və korrupsioner köhnə erməni hakimiyyətinin qalıqları tərəfindən dəstəklənir”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli deyib.

 

Ə.Kərimli bildirib ki, hətta Cənubi Qafqazda Rusiyadan ən asılı ölkə olan Ermənistanda da xalq Rusiyanın forpostu olmaqdan yorulub, Qarabağ buxovundan qurtarıb Avropaya inteqrasiya olunmaq istəyir: “Erməni xalqı hərbi revanş, Rusiya ilə sıx birlik təklif edən, yaxşı tanıdığı keçmiş korrupsionerləri bir də hakimiyyətə buraxmaq istəmir”.

Tarix: 2 Mart 2021, 10:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin