BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan-Türkiyə arasında imzalanan sazişin detalları açıqlandı

Azərbaycan və Türkiyə arasında bu aydan qüvvəyə minən Prefensial Ticarət Sazişinn detalları bu gün qonşu ölkənin rəsmi mətbuatında açıqlanıb.

 

Pravda.az xəbər verir ki, saziş bir sıra məhsulların gömrük rüsumu ödəmədən ticarətini nəzərdə tutur.

 

Həmin məhsullar müxtəlif növ pendir, süfrə üzümü, gavalı, xurma, çay, bitki mənşəli qatı və maye yağlar, ağ şəkər, şokolad, xiyar, pomidor, mürəbbə, marmelad, meyvə və meyvə püresidir. Amma onların ticarəti müəyyən kvota çərçivəsində həyata keçirilməlidir. Bunun üçün 1 ay əvvəlcədən Türkiyənin Ticarət Nazirliyinə müraciət etmək lazımdır.

 

Sazişin imkanlarından istifadə etmək üçün sənədlərdə saxtalaşdırmaya yol verən, ona məxsus lisenziyanı 3-cü şəxsə ötürən iş adamlarının kvotası dərhal ləğv ediləcək və həmin şəxslər 5 il müddətində yeni kvota ala bilməyəcəklər.

Tarix: 2 Mart 2021, 12:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin