BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Arif Rəhimzadədən YAP-la bağlı açıqlama: “Cavan kadrlarla əvəzlənmə olmalıdır”

“Hansı kadrların YAP-dan uzaqlaşdırılacağı ilə bağlı heç bir məlumatım yoxdur. Hər şey ola bilər”.

 

Bunu Pravda.az-a açıqlamasında YAP-ın İdarə Heyətinin üzvü Arif Rəhimzadə deyib.

 

A.Rəhimzadə bildirib ki, Yeni Azərbaycan Partiyasında cavan kadrlara daha çox yer verilməlidir: “Cavanlaşdırma siyasəti əslində bütün dövlət səviyyəsində tətbiq edilirsə, hesab edirəm ki, bu partiyada da öz əksini tapmalıdır. Amma bunlar hamısı mənim fərziyyələrimdir, yəni konkret olaraq heç nə eşitməmişəm. Ümumiyyətlə, hansı kardların YAP-dan uzaqlaşdırılacağı ilə bağlı heç bir məlumatım yoxdur, hər şey ola bilər. Təkrar edirəm, siyasət bundan ibarətdir: təkcə partiyalarda yox, elə bütün səviyyələrdə cavan kadrlarla əvəzlənmə olmalıdır”.

 

Nəzrin Cavid

 

Tarix: 2 Mart 2021, 13:30   
Loading...

Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin