BURADA REKLAMINIZ OLA
BİLƏR

“Hərbi qulluqçuların yaşayış şəraitlərinin yaxşılaşdırılması bir ənənəyə çevrilib”

"Bu gün hərbi qulluqçuların vəzifə maaşlarına müddətli əlavələr müəyyən edilməsi ilə bağlı xoş xəbər ölkə ictimaiyyətini, hərbi qulluqçuları və onların ailələlərini hədsiz dərəcədə sevindirdi”.

 

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı bildirib.

 

M. İbrahimqızı deyib ki, post-müharibə dövrünün bir sıra təhdidlərini, xidmətin xüsusiyyətlərini, qulluq və sosial-məişət şəraitinin mürəkkəbliyini nəzərə alaraq, müdafiə nazirinin müvafiq əmrinə əsasən, hərbi qulluqçuların vəzifə maaşlarına müddətli əlavələr müəyyən edilib. Əmrə əsasən, Azərbaycan Ordusunun Ermənistanla dövlət sərhədində və Azərbaycanın Qarabağ bölgəsində Rusiya Federasiyası sülhməramlı kontingentinin yerləşdirildiyi zonaya bitişik ərazilərdə hərbi xidmət keçən hərbi qulluqçuların vəzifə maaşlarına 100 faiz həcmində müddətli əlavələr təyin edilib. O cümlədən işğaldan azad edilmiş və hazırda infrastruktur qurulmayan ərazilərdə hərbi xidmət keçən hərbçilərin vəzifə maaşlarına isə 50 faiz həcmində müddətli əlavələr təyin olunub. Əmr cari ilin yanvar və fevral ayları üçün ödəniləcək pul təminatına da şamil edilib: “Azərbaycan Ordusu, əsgər və zabitlərimiz hər zaman Ali Baş Komandan, Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunub. Hərbi qulluqçuların sosial təminatı, yaşayış şəraitlərinin yaxşılaşdırılması, eləcə də onların mənzillərlə təmin olunması bir ənənəyə çevrilib. Ali Baş Komandanın rəhbərliyi altında Ordumuz 44 gün davam edən Vətən Müharibəsində şanlı zəfər qazandı.  Artıq Azərbaycan ərazi bütövlüyünü bərpa edib. Bu gün bərpa edilən dövlət sərhədində, Qarabağda, azad edilmiş digər ərazilərdə hərbi qulluqçularımız xidmət edir. Bütün bunları nəzərə alaraq, Vətən müharibəsindən sonra yaranmış reallıq da nəzərə alınmaqla, Ali Baş Komandanın tapşırıq və tövsiyəsinə uyğun olaraq müdafiə naziri müvafiq əmri imzalayıb. Bu, Vətən müharibəsində şanlı zəfər qazanmış Milli Ordumuz və onun şəxsi heyətinə Müzəffər Ali Baş Komandanımızın diqqət və qayğısının növbəti təzahürüdür”.

Tarix: 2 Mart 2021, 22:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin