BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda küçəyə atılmış uşaq tapılıb

Bakıda kimsəsiz azyaşlı tapılıb.

 

Pravda.az xəbər verir ki, gecə saatlarında Xətai rayonu Naximov küçəsində təxminən 4-5 yaş aralığında azyaşlı polislər tərəfindən tapılıb.

 

Azyaşlı ərazidə xidmət göstərən polislər tərəfindən sığınacağa gətirilib.

 

Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kəmalə Ağazadə APA-ya bildirib ki, özünü Nərgiz kimi təqdim edən uşaq onu anasının qoyub getdiyini bildirib. Hadisə şahidləri isə azyaşlını yaşlı bir qadının küçəyə buraxıb getdiyini deyiblər.

Tarix: 3 Mart 2021, 00:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin