BURADA REKLAMINIZ OLA
BİLƏR

Əməkdar artist Pərviz Bağırov beyin infarktı keçirdi

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru, Əməkdar artist Pərviz Bağırov xəstəxanaya yerləşdirilib.

Pravda.az xəbər verir ki, bu barədə Teatrın mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı məlumat verib.

O, aktyorun 5 saylı Şəhər Klinik Xəstəxanasında müalicə aldığını deyib: “Pərviz Bağırov beyin infarktı keçirib. Hazırda reanimasiyadadır. Həkimi ilə əlaqə saxladıq, bildirdi ki, xəstəxanaya gəldiyi günlə müqayisədə səhhətində müəyyən irəliləyiş var. Xəstə qəbul olunanda vəziyyəti çox ağır idi. Hazırda stabil ağır olaraq qalır. Huşu aydın olsa da, ünsiyyətində problem var, sağ tərəfi işləmir”.

Tarix: 3 Mart 2021, 10:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin