BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Elçin Babayevin elmi dərəcəsi yoxdur?

Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayevin elmi dərəcəsinin olmadığını iddia edib.

 

Pravda.az-ın xəbərinə görə, A.Şakiroğlu deyib ki, universitet rektoru vəzifəsi üçün elmi dərəcə minimum professor olmalıdır.

 

“Elçin Babayevin isə elmi dərəcəsi yoxdur. Tələbələrlə, müəllimlərlə aşağılayıcı tonda danışır. Bu insanın təqdimatını Ramiz Mehdiyev verib. Onun BDU-da nə işi var? Universitetin keçmiş rektoru Abel Məhərrəmovun elmi dərəcəsi var idi. Elçin Babayev kimi adamlar Azərbaycan elminin başında necə dayana bilər? Bu insanlar vəzifədən kənarlaşdırılmalıdır” – partiya sədri bildirib.

 

“Vikipediya”da Elçin Babayevin elmi dərəcəsinin Fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru olduğu yazılıb.

 

Səslənən ittihamlarla bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Tarix: 3 Mart 2021, 10:50   
Loading...

Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin