BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

“Vurmayanda şagird başlayır müəllimlə başqa cür rəftar etməyə...” – Cavanşir Məmmədov

Əməkdar artist Cavanşir Məmmədov ATV-nin efirində müəllimlərin şagirdləri döyməsinə haqq qazandırıb.

 

Pravda.az xəbər verir ki, bu barədə o, “Şans oyunu” proqramında açıqlama verib. Sənətçinin fikrincə, döyülən istənilən şagird müəlliminə hörmət edir:

 

“İndiki valideynlər deyir ki, uşaq müəllimdən qorxmamalıdır, hörmət etməlidir. I-V sinif şagirdləri hörmətin nə olduğunu bilmir. Müəllimin şagirdə mütləq bir “çırtma”sı dəyməlidir. Vurmayanda şagird başlayır müəllimlə başqa cür rəftar etməyə... Bizə rəsmxətt fənni üzrə Sabir müəllim dərs keçərdi. O, şəkil çəkər, uşaqlar da öz işi ilə məşğul olardı. Bir az sərt olmaq lazımdır. Ancaq ədəbiyyat müəllimi Sara xanım daha sərt idi, uşaqlar ondan qorxurdu”.

 

Bundan əlavə, C. Məmmədov qeyd edib ki, texniki fənlərə marağı olmayıb, məktəbdən qovulanadək dərslərdən mütəmadi olaraq qaçıb.

Tarix: 3 Mart 2021, 11:36   
Loading...

Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin