BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Zaxarova: "Həmkarları odla oynamamağa çağırırıq"

Həmkarları odla oynamamağa çağırırıq.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova Avropa İttifaqı və ABŞ-ın Aleksey Navalnı ilə bağlı Rusiyaya tətbiq etdiyi sanksiyaları şərh edərkən bildirib.

 

“Sanksiyalar barədə qısa olaraq: Həmkarları odla oynamamağa çağırırıq”, - deyə M. Zaxarova “Facebook”da qeyd edib.

 

Xatırladaq ki, ötən gün Aİ həbsdəki müxalif blogger A. Navalnıya görə Rusiyanın Baş prokuroru, İstintaq Komitəsinin sədri, Cəzalara Nəzarət üzrə Federal Xidmətin rəhbəri və “Rosqvardiya”nın rəisinə sanksiya tətbiq edib.

 

ABŞ Ticarət Nazirliyi isə A. Navalnının işi ilə əlaqədar 14 təşkilata sanksiya tətbiq edib.APA

Tarix: 3 Mart 2021, 12:54   
Loading...

Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin