BURADA REKLAMINIZ OLA
BİLƏR

Bu ay işsizlərə 190 manat birdəfəlik ödəmə veriləcək? - RƏSMİ AÇIQLAMA

Son günlər koronavirusa yoluxmanın artması, sərt karantin rejiminin yenidən tətbiq edilməsi məsələsini gündəmə gətirir. Xüsusilə bayramqabağı karantin rejiminin sərtləşdiriləcəyi ilə bağlı sosial şəbəkələrdə iddialar irəli sürülür. Bəs karantin yenidən sərtləşdirilərsə, əhaliyə 190 manat birdəfəlik yardım veriləcəkmi? Məsələ ilə bağlı Azadinfo.az-a açıqlama verən Dövlət Məşğulluq Xidmətinin mətbuat katibi Əsmər Nəcməddinqızı hələ ki, bununla bağlı qərarın olmadığını bildirib:

 

"190 manatın verilməsi ilə bağlı qərarı biz vermirik. Biz sadəcə verilən qərarı icra edirik. Hələlik isə 190 manatın veriləcəyi ilə bağlı hər hansı bir məlumat yoxdur. Buna görə də, bu haqda nəsə deyə bilmərik".

Tarix: 3 Mart 2021, 12:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin