BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

2 dəfə əlillik verilən şəxs niyə üçüncüdə imtina cavabı alıb?

“Son 10 il ərzində çox ağır xəstəliklərlə üzləşmişəm. İki dəfə xəstəliyimə görə mənə 2-ci qrup əlillik verilib. İndi üçüncü dəfə onlayn formada müraciət etsəm də, cavab gecikdirilir”.

 

Bu şikayətlə 63 yaşlı vətəndaş Tofiq Xanlar oğlu Məhərrəmov müraciət edib.

 

O bildirib ki, sənədləri bu ilin 8 fevral tarixində 16 saylı Poliklinika tərəfindən onlayn qaydada aidiyyatı üzrə göndərilib. Şikayətçinin sözlərinə görə, əgər növbəti əlillik təyinatı yubansa, vəziyyəti bir az da ağırlaşacaq:

 

“Mənim xəstəliklərimlə tanış olanlar çoxdan o dünyada olmalı olduğumu bildirirlər. Sağalmağı ağlıma gətirmirəm, ömrümün son günləri olduğunu dərk edirəm. Öz canımın hayındayam. Bundan sonra mənim müalicə almağım da mümkün deyil”.

 

“Qafqazinfo” müraciətlə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əlaqə saxlayıb.

 

Agentlikdən bildirilib ki, Məhərrəmov Tofiq Xanlar oğluna məxsus 16 nömrəli Şəhər Poliklinikasından bu ilin fevral ayının 5-də Əlillik Altsisteminə daxil edilən 0085003AADM8 nömrəli “forma 88”ə əsasən 15.02.2021-ci il tarixində qərar verilib. Şəxsin stasionar müalicə müddəti yetərli olmadığı üçün müraciətə imtina cavabı verilib.Qafqazinfo

Tarix: 3 Mart 2021, 13:10   
Loading...

Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin