BURADA REKLAMINIZ OLA
BİLƏR

İlham Əliyev: "Azərbaycan Kəşmir daxil olmaqla, bütün məsələlərdə Pakistanı dəstəkləyir"

“Ölkələrimiz arasında əlaqələrin uzun tarixi var. Pakistan dünyanın Ermənistanla diplomatik münasibətlər qurmayan azsaylı dövlətlərindən biridir və Azərbaycanın torpaqlarının işğalı səbəbindən Ermənistanı rəsmi olaraq tanımayıb”.

Pravda.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev martın 3-də Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Razanın başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edərkən deyib.

Prezident qeyd edib ki, xalqımız bundan xəbərdardır və biz bunu çox yüksək qiymətləndiririk: “Azərbaycan da öz növbəsində, hər zaman Kəşmir məsələsi daxil olmaqla, bütün digər məsələlərdə Pakistanı dəstəkləyir. Bu dəstək tərəfimizdən BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təsisatlarda verilir. Sabah İqtisadi Əməkdaşlıq Təşkilatının videokonfrans formatında Zirvə toplantısı keçiriləcək və biz ölkələrimiz arasında iqtisadi əməkdaşlığı müzakirə edəcəyik. İkitərəfli münasibətlərimizə bir daha toxunaraq qeyd etmək istəyirəm ki, biz diqqətimizi iqtisadiyyat sahəsində cəmləşdirəcəyik. Buraya energetika və nəqliyyat sahəsi aiddir. Biz ümid edirik ki, Pakistan ölkəmizin ərazisindən keçən mövcud və yeni yaranmaqda olan nəqliyyat marşrutlarına qoşulacaq. Beləliklə də biz əməkdaşlığımızı bu sahədə də genişləndirmiş olacağıq”.

Tarix: 3 Mart 2021, 18:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin