BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda karantin rejimi yenidən sərtləşdirilir - VİDEO

Azərbaycanda karantin rejimi yenidən sərtləşdirilə bilər.

 

Pravda.az-ın məlumatına görə, bunu millət vəkili Cavid Osmanov deyib.

 

Son günlər ölkədə koronavirusa yoluxma sayında artım müşahidə edilir. Hətta bir neçə gündür ki, yoluxanların sayı sağalanları ötür.

 

Millət vəkili Cavid Osmanov deyib ki, yoluxma sayındakı artım davam edərsə, insanların sıx təmas ehtimalları da nəzərə alınaraq Novruz bayramı ərəfəsində qısamüddətli sərt karantin tətbiq edilə bilər.

 

Cavid Osmanov xatırladıb ki, COVID-19-a yoluxmanın artması səbəbindən bəzi ölkələrdə karantin rejimi yenidən sərtləşdrilib. Ölkəmizdə də yoluxma sayı artmaqda davam edərsə, uzunmüddətli sərt karantin rejimi qaçılmaz olacaq.

 

Millət vəkili vətəndaşları vaksinasiyada aktiv olmağa çağırıb. O qeyd edib ki, yalnız vaksin yoluxmanın qarşısını almağa kömək edə bilər.

 

Tarix: 3 Mart 2021, 22:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin