BURADA REKLAMINIZ OLA
BİLƏR

Operativ Qərargah məlumat yaydı: Martın 6-dan…

Azərbaycan ərazisində 6 mart saat 00:00-dan 9 mart saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılacaq.

 

Pravda.az-ın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarında müvafiq dəyişiklik edib.

 

Xatırladaq ki, bundan öncə “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərara əsasən, Azərbaycan ərazisində 6 mart saat 00:00-dan 8 mart saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılmalı idi.

 

Qeyd edək ki, 8 mart Qadınlar günü iş günü olmayan bayram günüdür.

Tarix: 3 Mart 2021, 22:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin