BURADA REKLAMINIZ OLA
BİLƏR

“Açıq şəkildə görünməyimə haram qoymuşam” - Xuraman

Müğənni Xuraman Şuşalı uzun illər əvvəl çəkdirdiyi açıq-saçıq şəkillərini sosial şəbəkələrdə yayan şəxslərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcək.

 

Pravda.az xəbər verir ki, sənətçi bu barədə MTV-yə açıqlamasında bildirib. Xuraman qeyd edib ki, sözügedən görüntülərini silməyənlər barədə şikayətçi olacaq:

 

"Birinci, rica edirəm ki, o görüntüləri silin. Açıq şəkildə görünməyimə haram qoymuşam. Tez-tez açıq və qapalı formada olan görüntülərimi kollaj edib yayırlar. İcazə vermirəm. Bu məsələni hüquqi yolla həll edəcəm".Qafqazinfo

Tarix: 4 Mart 2021, 13:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin