BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Peyvənd olunmayan sürücülərin avtomobilləri texniki baxışdan keçirilməyəcək? - AÇIQLAMA

“Yol polisinin sürücü peyvənd olunmadığına görə avtomobilini texniki baxışdan keçirməkdən imtina etmək kimi səlahiyyəti yoxdur”.

 

Bunu Pravda.az-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyib.

Ekspert bildirib ki, sürücü peyvənd olunmayıb deyə avtomobilinin texniki baxışından imtina edilə bilməz: “Belə çıxır ki, peyvənd olunmayan şəxslərə sürücülük vəsiqəsi də verilməməlidir?! Pandemiya vəziyyəti ilə əlaqədar olaraq, doğrudur ki, insanların sağlamlığı üçün müəyyən addımlar atılır. Sağlamlıqla bağlı belə qaydaları tənzimləmək, əsasən, səhiyyəyə aid olan bir məsələdir. Avtomobilləri texniki baxışdan keçirmək üçün qanunla müəyyən edilmiş qaydalar var ki, imtina haqda əsaslar da məhz həmin qanunla müəyyən edilir. Yalnız müəyyən problemlər olduğu halda texniki baxışdan keçirilmədən imtina edilə bilər. Misal üçün, əvvəlki texniki baxış zamanı aşkar edilən qüsurlar ikinci texniki baxışda da aşkar edildikdə, yəni sürücü aşkar edilmiş problemi 1 il ərzində aradan qaldırmadıqda, avtomobilin parametrləri uyğun gəlmədikdə, oğurluq maşındırsa, sürücü cərimələri ödəmirsə və s. bu kimi hallar zamanı müraciətin yerinə yetirilməsindən imtina edilir. Başqa heç bir halda texniki baxışdan imtina haqda aktı imzalana bilməz”.

Tarix: 4 Mart 2021, 13:26   
Loading...

Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin