BURADA REKLAMINIZ OLA
BİLƏR

AZAL-ın pilotundan təhlükəli addım - VİDEO

AZAL aviaşirkətinin rəsmiləri Bakıdan Moskvaya uçuş zamanı idarəetmə kabinəsini bir neçə dəfə tərk edən pilotla bağlı araşdırma aparacağını bildiriblər.

 

Pravda.az xəbər verir ki, Bakıdan Moskvaya uçuş edən və AZAL aviaşirkətinə məxsus olan Airbus A320 təyyarəsinin komandiri bir neçə dəfə kabinədən çıxaraq, təyyarədə olan tanışı ilə söhbət edib. Bu isə özlüyündə sərnişinlərin qorxu və həyəcanına səbəb olub. Hadisəni telefonla görüntüyə alan sərnişinlər sosial şəbəkədə paylaşım ediblər.

 

Sərnişinlər pilotun (əldə olunan məlumata görə adı Tahir Zərbəliyevdir) bu davranışına etiraz edərkən, o, heç bir təhlükənin olmadığını deyərək, ailə dostu ilə danışmaq istədiyini bildirib.

 

Lakin sərnişinlər laynerin mütəmadi hava burulğanına düşməsindən narahat olublar.

 

AZAL aviaşirkətinin rəsmiləri sərnişinlərin şikayəti və sosial şəbəkələrdə yayılan qalmaqallı video görüntülərdən sonra hadisə ilə bağlı araşdırma aparacağını bildiriblər. TED.az

 

Tarix: 11 Yanvar 2020, 16:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin