BURADA REKLAMINIZ OLA
BİLƏR

AZAL şefinin həyat yoldaşından 7.7 milyonluq yatırım - SİYAHI

Azərbaycanın kosmetik şirkəti olan “Gazelli Group” MMC nizamnamə kapitalını 2021-ci ildə ikinci dəfə artırıb.

 

Pravda.az xəbər verir ki, martın 2-də şirkətin nizamnamə kapitalı 22.26 milyon manatdan 26.50 milyon manata qədər artırılıb.

 

Kosmetika şirkəti sonuncu dəfə nizamnamə kapitalını cari ilin yanvar ayında 3.5 milyon manat artırmışdı. Bu da bir neçə ay ərzində 7.7 milyonluq əlavə artım deməkdir.

 

08.05.2009 tarixində yaradılan şirkətin qanuni təmsilçisi Nərmin Vəkil qızı İsmayılovadır. “Gazelli Group” 1999-cu ildə AZAL prezidenti Cahangir Əsgərovanın həyat yoldaşı Zərifə Həmzəyeva tərəfindən təsis edilib.

 

“Gazelli Group” MMC-nin qanuni təmsilçisi olan Nərmin İsmayılova hazırda həm də ölkədə ən böyük parfumeriya və kosmetik mağazalar şəbəkəsi olan “İdeal”ın direktorudur. “İdeal” mağazalar şəbəkəsinin Cahangir Əsgərovun biznesinə daxil olub-olmadığını demək çətin olsa da AZAL prezidentinin ailə üzvləri milyardlıq biznesə sahibdir.

 

“Gazelli Group”un təsisçisi Zərifə Həmzəyeva həm də əvvəlki adı “Bank Silk Way” olan “Premium Bank” ASC-nin sahibidir. Zərifə Həmzəyevanın “Premium Bank” ASC-dəki rəsmi payı 84,5 faizdir.

 

Qeyd edək ki, araşdırmaçı jurnalistlər Cahangir Əsgərovun ailə üzvlərinin ölkə daxilində və xaricində 30-dan çox şirkətə nəzarət etdiyini bildirirlər:

 

Həmin şirkətləri təqdim edirik:

 

1. SW Airways, INC.

2. SW G650 VIP Jets S.A

3. SW CARGO, INC.

4. SW G650 BUSINESS JETS, S.A

5. SW BUSINESS JETS, INC. (Bu 5 şirkət 28 dekabr 2007-ci il-11 aprel 2008-ci il tarixlərində Panamada, ofşor zonada yaradılıb).

6. International Handling Company Limited ( Pasea Estate, Read Town, Tortola, BVI)

7. Silk Way Airlines (Lüksemburq) Şirkət nömrəsi: B161559 //www.etat.lu/memorial/2011/C/Pdf/c1899198.pdf

8. SİLKWAY KARGO TAŞIMACILIĞI VE TURİZM LİMİTED ŞİRKETİ (İSTANBUL DÜNYA TİCARET MERKEZİ A2 BLOK KAT.9 NO.306 YEŞİLKÖY)

9. “Silk Way Holding” MMC

10. “Silk Way Development” MMC

11. “Silk Way Connect” MMC

12. “Silk Way West Aviaşirkəti” MMC

13. “Silk Way East Aviaşirkəti” MMC

14. “Silk Way İnvestment” MMC

15. “Silk Rovv Travel” MMC

16. “Silk Way Aviaşirkəti” MMC

17. “ASG Business Aviation” MMC

18. “ASG Servis” MMC

19. “ASG Helicopter Services” MMC

20. “Duty Free. AZ” MMC

21. “Hotels Qrup” MMC

22. “Azbiznesservis” MMC (“Garabag Resort and Spa ” oteli)

23. “İpək Yolu Sığorta” ASC (Cəmilə və Məlahət Əsgərovalar, hər biri – 38,74% və “Silk Way Aviaşirkəti” MMC – 19,05%)

24. “Premium Bank” ASC. Zərifə Həmzəyeva – 84,46%

25. “Şüvəlan P.F.K” MMC

26. “Turan Air” MMC

27. “VIP Aviasiya Xidmətləri” MMC (benefisiar sahiblik)

28. “Silk Way Cargo Services FZE” (Birləşmiş Ərəb Əmirlikləri)

29. “Silk Way Cargo UA” LLC (Ukrayna) –Benefisiar sahibi kimi Zaur Axundov təqdim olunur.

30. “Cargo Hub” LLC (Ukrayna) – Benefisiar sahibi kimi Zaur Axundov təqdim olunur.

31. Özəl Şirkəti “IEVROAZIIA” (Ukrayna)

 

Həmçinin, Batumidə 31 milyon dollar dəyərində “GRAND GLORIA” hoteli, Tiflisdə dəyəri milyonlarla dollar olan “TİFLİS PALACE” hoteli, Tiflisdə bahalı “Veranda” restoranı, Batumidə bir neçə milyon dollar dəyərində GOLDEN PALACE hoteli və kazino, Naftalanda “Garabag Resort and Spa” 5-ulduzlu otel və müalicə mərkəzi, İsmayıllı rayonu, Bədo Bulağının yaxınlığında, 8 hektarlıq ərazidə “Vəhsudan düşərgəsi”, Nabranda 30 ha sahədə villa, Qala qəsəbəsində 265 ha badam bağının AZAL şefinə məxsus olduğu iddia olunur…valyuta.az

 

Tarix: 4 Mart 2021, 17:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin