BURADA REKLAMINIZ OLA
BİLƏR

Ceyhun Bayramov helikopter qəzası ilə bağlı Türkiyəyə başsağlığı verdi

Xarici işlər naziri Ceyhun Bayramov Türkiyədə 9 nəfərin ölümü ilə nəticələnən helikopter qəzası ilə bağlı başsağlığı verib.

Pravda.az xəbər verir ki, bununla bağlı nazir özünün "Twitter" səhifəsində yazıb:

"Qardaş Türkiyənin Bingöl ərazisində hərbi helikopterin qəzaya uğraması xəbəri bizi çox kədərləndirdi. Həlak olan 9 şəhidin ailələrinə və yaxınlarına, Türkiyə xalqına başsağlığı bildirir, yaralılara Allahdan şəfa diləyirik.

Başın sağ olsun, qardaş Türkiyə!"


Tarix: 4 Mart 2021, 21:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin