BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda sərnişin 1200 manat və 3000 dollar pulunu avtobusda unutdu

Bu gün səhər 49 nömrəli müntəzəm marşrut xətti üzrə 90 VS 437 nömrəli avtobusda vətəndaşa məxsus sənədlər, 1200 AZN, 3000 dollar pul və qızıl zinət əşyaları aşkar edilib.

 

Bu barədə Pravda.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

 

Bildirilib ki, avtobus sonuncu dayanacaqda olan zaman aşkarlanan vəsaitlər xətt üzrə səlahiyyətli şəxsə təhvil verilib.

 

“Bir qədər sonra bir nəfər xanım (öz istəyi ilə adı açıqlanmır) müraciət edərək sənəd, pul və qızıl zinət əşyalarını səhər saatlarında avtobusda unutduğunu bildirib. Tapılan sənədlərin, pul vəsaitinin və qızıl zinət əşyalarının xanıma məxsus olduğu təsdiq olunandan sonra ona təhvil verilib. Əşyalarının tapılmasından məmnun olan sərnişin buna görə təşəkkürünü bildirib” – məlumatda qeyd olunub.

Tarix: 11 Yanvar 2020, 17:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin