BURADA REKLAMINIZ OLA
BİLƏR

“Hansı məmuru silkələsən, gərək həbsxanaya atasan”

“Azərbaycanda hansı məmuru silkələsən, ciddi yoxlasan, gərək həbsxanaya atasan”.

 

Pravda.az xəbər verir ki, bunu millət vəkili Razi Nurullayev deyib. O, bildirib ki, Azərbaycanda tam şəffaf işləmək üçün o şərait olmayıb. Hər kəs bir-birinin əməlini örtüb, öz əməlini nəyinsə hesabına gizlədə bilib.

 

“Bu durum cəmiyyətə sarmaşıq kimi dolanıb. Həmin sarmaşığın bir qolunu təmizləsən belə bu bütövlükdə problemi həll etməyəcək. Bütün bunları həll etmək üçün Azərbaycanın siyasi sistemində olan korrupsiyanı aradan qaldırmaq lazımdır.

 

Hesab edirəm ki, Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərdə yeni idarəçilik sistemi yaratması da bununla əlaqədar idi. Azərbaycanda idarəçiliklə bağlı Konstitusiya dəyişikliklərinə ehtiyac var. Bu idarəçilik özünü doğrultmadı. Bu məsələdə ictimai dinləmələr, xalqın fikri vacibdir. Bu gün deyirlər ki, İcra hakimiyyətləri ləğv olunsun. Nə fərqi var? Sistemi dəyişməyənə qədər səthi dəyişiklik etməyə nə ehtiyac var?

 

Bütövlükdə köhnə sistemdən imtina edib, yeni sistem qurmaq lazımdır. Cənab Prezident sistemin özündə dəyişikliklər üçün çalışır. Amma yenə də nəticə çox aşağıdır. Siyasi idarəçilik dəyişməlidir. Lazımdırsa, Konstitusiya dəyişikliklərinə gedilsin, qanunlarımız buna uyğunlaşdırılsın. Parlament, şəxsən mən bununla bağlı gecə-gündüz işləməyə hazıram”.Modern.az

Tarix: 5 Mart 2021, 09:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin