BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda bu qadağa götürülə bilər

"Bir ildir ki, pandemiya davam edir. Bu ərəfədə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən məşq zallarının bağlanması tələb və tövsiyə edilib. Ancaq buna baxmayaraq, olimpiya idman növləri üzrə yığma komandalar Tokio Yay Olimpiya Oyunlarına hazırlıq məqsədilə qapalı şəraitdə məşqləri davam etdirir".

 

Pravda.az-ın məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında Gənclər və İdman Nazirliyinin İdman Şöbəsinin müdiri Fərid Mansurov deyib.

 

O, idman zallarının yaxın vaxtlarda açıqlacağına inam ifadə edib: "Bəzi idman növləri var ki, onların fəaliyyəti bu gün də davam etmir. Nazirlik tərəfindən təkliflər verilib. İnanırıq ki, yaxın gələcəkdə bu məsələlər öz həllini tapacaq. Bildirmək istəyirəm ki, məşqlərin keçirilməsi, zalların açılması nazirliyin icazəsi ilə deyil. Bu, pandemiya şəraitinə görə Operativ Qərargahanın verdiyi qərardan asılıdır. Biz də istəyirik ki, idman ictimaiyyəti, idmançılar məşqlərinə, zallarına qayıtsınlar və məşq edə bilsinlər. İnanırıq ki, bu məsələ yaxın gələcəkdə həllini tapacaq".

Tarix: 5 Mart 2021, 12:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin