BURADA REKLAMINIZ OLA
BİLƏR

Arif Rəhimzadədən İLK AÇIQLAMA

“Qurultayın istər İdarə Heyəti, istərsə də digər məsələlərlə bağlı bütün yeni qərarlarını müsbət qiymətləndirirəm”.

 

Bunu Pravda.az-a Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının sədri Arif Rəhimzadə deyib.

 

A.Rəhimzadə bildirib ki, Şura ilə bağlı ilk plan əsasnamənin hazırlanmasıdır: “Veteranlar Şurasının çox böyük fəaliyyət dairəsi olacaq. İlk növbədə əsasnamə hazırlanacaq, imkanlarımız müəyyən ediləcək, hansı istiqamətlər üzrə işləyə biləcəyimiz araşdırılacaq, daha sonra isə fəaliyyətimizi ona uyğun quracağıq. Ümumiyyətlə, cənab Prezident Veteranlar Şurası ilə bağlı gözlənti və planlar barədə ətraflı çıxış etdi. Burada əsas məqsəd mənəvi dəyərlərimizi qorumaq, gənclərlə bu istiqamətdə iş aparmaq, onlara izah etmək, bu barədə söhbətlər aparmaq, Azərbaycana qarşı göstərilən təsirlərə müqavimət göstərməkdir”.

 

A.Rəhimzadə həmçinin YAP-ın İdarə Heyətindəki dəyişikliklər barədə fikirlərini bölüşüb: “Bu partiya Azərbaycanın aparıcı siyasi qüvvəsidir. Beləliklə, Partiyanın fəaliyyəti Azərbycanda həyata keçirilən tədbirlərə uyğun olaraq qurulur. Bu baxımdan, qurultayda qəbul edilən bütün qərarlara müsbət baxıram”.

 

Qeyd: Bu gün YAP-ın növbədənkənar qurultayı keçirilib. Arif Rəhimzadə yeni yaradılan Veteranlar Şurasının sədri, Sədaqət Qəhrəmanova isə sədr müavini seçilib.

Nəzrin Cavid

Tarix: 5 Mart 2021, 13:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin