BURADA REKLAMINIZ OLA
BİLƏR

Abel Məhərrəmov: “YAP-ın qurultayına qatılmamışam, ona görə də məlumatlı deyiləm”

“Yeni Azərbaycan Partiyasının bu gün keçirilən qurultayında İdarə Heyətindən kənarlaşdırılmağımla bağlı heç bir məlumatım yoxdur”.

 

Bunu Pravda.az-a açıqlamasında Abel Məhərrəmov deyib.

 

A.Məhərrəmov bildirib ki, YAP-ın bu gün keçirilən qurultayına qatılmamışam: “Yeni təsdiqlənən İdarə Heyətində olub-olmadığım barədə məlumatlı deyiləm. Bununla bağlı araşdırma aparmağa da ehtiyac yoxdur”.

 

Qeyd: Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayında partiyanın yeni İdarə Heyəti formalaşıb. İdarə Heyətindən kənarda saxlanılan şəxslər bunlardır:

1. Hacıbala Abutalıbov - təqaüdçü

2. Vaqif Əliyev - Mədəniyyət nazirinin I müavini

3. Nurlana Əliyeva – Bakı Slavyan Universitetinin rektoru

4. Akif Əlizadə

5. Əli Həsənov - Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında kafedra müdiri, professor (Prezidentin keçmiş köməkçisi)

6. Əli Həsənov - Yeni Azərbaycan Partiyasının Sədr müavini

7. Yusif Hümbətov - "Azərsutikinti" Səhmdar Cəmiyyətinin sədri

8. Nizami Xudiyev - Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri

9. Kərim Kərimov - Yeni Azərbaycan Partiyası İcra Katibliyinin əməkdaşı

10. Abel Məhərrəmov – akademik

11. Siyavuş Novruzov - Milli Məclisin Regional məsələlər komitəsinin sədri

Tarix: 5 Mart 2021, 14:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin