BURADA REKLAMINIZ OLA
BİLƏR

Qüdsi Osmanova cinayət işi açıldı - SƏBƏB

"Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov Ukraynanın işğal olunmuş ərazisi olan Krıma Ukrayna hakimiyyətinin icazəsi olmadan səyahət edib və buna görə Ukrayna prokurorluğu səfir haqqında cinayət işi qaldırıb. Bu, səfirin tək Ukrayna qanunlarına yox, həm də Azərbaycan dövlətinə qarşı cinayətdir".


Pravda.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib.

"Ona görə ki, Azərbaycanın Krıma bənzər erməni separatçıları tərəfindən işğal olunmuş Dağlıq Qarabağ ərazisi var idi və həmin ərazilərə icazəsiz səyahət edənlərdən hökmən bizim Dövlətdən icazə alınması tələb olunurdu. Əks halda bu, Azərbaycan qanunlarının pozulması sayılırdı. Səfirin bu addımı Azərbaycan Dövlətinin başqalarından tələb etdiyi qaydaları pozmaqdır. Digər tərəfdən bütün məsələlərdə Azərbaycanın maraqlarına uyğun addım atan, daim onun ərazi bütövlüyünü dəstəkləyən, Vətən Müharibəsində birmənalı Azərbaycanın yanında olan Ukrayna Dövlətinə qarşı belə hərəkət elə Azərbaycan Dövlətinə qarşı xəyanətdir. Hesab edirəm ki, belə bir səfir bir gün belə Azərbaycanı təmsil etməməlidir" - A.İsmayılov qeyd edib.

Tarix: 5 Mart 2021, 21:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin