BURADA REKLAMINIZ OLA
BİLƏR

Arif Rəhimzadə və Vazeh Əsgərov YAP İdarə Heyətinin üzvləri seçildi

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayında Arif Rəhimzadə YAP İdarə Heyətinin üzvü seçilib.

Pravda.az-ın məlumatına görə, bu, hakim partiyanın İdarə Heyətinin açıqlanan siyahısında əksini tapıb.

Vazeh Əsgərovun da adı YAP İdarə Heyətinin üzvləri sırasında yer alıb.

Sadiq Qurbanov və Valeh Əsgərovun YAP İdarə Heyətinin üzvü seçilməsi barədə yayılan xəbər isə təsdiqini tapmayıb.

Qeyd edək ki, A. Rəhimzadə həm də YAP Veteranlar Şurasının sədri seçilib.

Beləliklə, YAP İdarə Heyətinin üzvləri aşağıdakılardır:

- İlham Əliyev, Mehriban Əliyeva, Vasif Talıbov, Arif Rəhimzadə, Eldar İbrahimov, Mixail Zabelin, Amin İsmayılov, Əli Əhmədov, Mübariz Qurbanlı, Anar İsgəndərov, Rauf Əliyev, Eldar Əzizov, Musa Quliyev, Bahar Muradova, Ədalət Muradov, Elnur Sadıqov, Tofiq Cahangirov, Tahir Budaqov, Hikmət Məmmədov, Azər Badamov, Aynur Sofiyeva, Ramiz Hüseynov, Fuad İbrahimov, Elmar Qasımov, Rəşad Mahmudov, Cavid Osmanov, Pərvin Kərimzadə, Samir Cəfərov, Asif Əsgərli, Tahir Mirkişili, Elşad Mirbəşiroğlu, Elnarə Akimova, Vazeh Əsgərov, Ramin Məmmədov, Əfsun Sucayev, Ülviyyə Həmzəyeva, Şahin İsmayılov, Rövşən Bayramov, Bayram Aslanov və Kamal Cəfərov.

 

APA

Tarix: 5 Mart 2021, 23:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin