BURADA REKLAMINIZ OLA
BİLƏR

Suriyada raket hücumları - Ölən və yaralananlar var

Suriyanın Hələb şəhərində Cərablus və Əl-Bab rayonunda partlayış baş verib.

Pravda.az xəbər verir ki, Suriyanın şimalındakı iki rayona təşkil edilən ballistik raket hücumu nəticəsində bir mülki şəxs ölüb, 18-i yaralanıb.

Hücumların olduğu bölgələrdə ibtidai şəkildə işlədilən neft emalı zavodları yerləşir. Partlayışlar nəticəsində çox sayda tankerlər alovlanıb və güclü partlayışlar baş verib.

Ballistik raketlərin kimlər tərəfindən atıldığı hələlik müəyyənləşməyib.

Yaralılar ətrafdakı xəstəxanalara yerləşdirilib. Hadisə yerlərinə çox sayda yanğınsöndürmə xidməti cəlb olunub. Ölü və yaralı sayının artması ehtimalı var.

Tarix: 6 Mart 2021, 00:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin