Martın 5-də Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayı keçirilib. Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev qurultayda videoformatda çıxış edib. Prezident çıxışı zamanı həm daxili, həm də xarici siyasətlə bağlı bir sıra vacib məsələlərə toxunub.
Milli Məclisin deputatları YAP-ın VII qurultayı ilə bağlı fikirlərini bölüşüblər.
Deputat Nəsib Məhəməliyev Pravda.az-a açıqlamasında qeyd edib ki, Prezident İlham Əliyevin çıxışı Azərbaycan xalqını narahat edən, qarşıda duran problemlər, xarici siyasət, eyni zamanda dövlət idarəetmə sistemi, cəmiyyətdə partiyalararası siyasi dialoqların hansı formada qurulması, o cümlədən cəmiyyətin sosial sifarişlərinin vaxtında yerinə yetirilməsinə istiqamətlənmiş kifayət qədər proqram xarakterli çıxış idi. Dövlət başçısının fikirləri xalqımız üçün ciddi əhəmiyyət kəsb edir, burada bir çox mövzular aydınlaşdırıldı. Azərbaycanda son illərdə bütün istiqamətlərdə ciddi islahatlar aparılırdı, qurultayın keçirilməsi göstərdi ki, bu islahatlar YAP-dan da yan keçmir. Hesab edirəm ki, partiyada struktur dəyişikliklərinin aparılması, Siyasi Şuranın ləğv olunması, İdarə Heyəti üzvlərinin sayının 2 dəfə artırılması, yeni gənc üzvlərin İdarə Heyətinə gətirilməsi və sair bütün bunlar zamanın tələbidir. Cənab Prezident partiyanın Azərbaycanın yaratdığı yeni reallıqlara uyğun fəaliyyət göstərməsi ilə bağlı xüsusi tapşırıqlar verdi. Bunlar öz növbəsində, təbii ki, ölkəmizdə siyasi sistemin təkmilləşməsinə xidmət edən amillərdir. Fikrimcə, Azərbaycan xalqı YAP-ın cəmiyyətdəki rolunu yüksək qiymətləndirir, dəstəkləyir. Partiya da yeni tərkibdə cəmiyyətin idarə edilməsində daha yaxından iştirak edəcək. Düşünürəm ki, biz qeyd edilən dəyişikliklərin müsbət təsirlərini yaxın zamanlarda görəcəyik”.
Parlamentin üzvü, YAP-ın İdarə Heyətinin üzvü Azər Badamovun sözlərinə görə, Yeni Azərbaycan Partiyasının yaradılmasından sonra Azərbaycanda yaranan sabitlik təkrarolunmazdır: “Cənab Prezident qurultaydakı geniş çıxışı zamanı ölkəmizin keçdiyi yollara bir daha nəzər yetirdi, bir sıra məqamları ölkə ictimaiyyətinin diqqətinə çatdırdı. Ulu öndər Heydər Əliyevin həm Sovet dövründəki, həm də müstəqillik zamanı hakimiyyət illərində Azərbaycanın qarşılaşdığı çətin günləri, eyni zamanda keçdiyi inkişaf yolunu bir daha xatırlatdı. Hesab edirəm ki, Yeni Azərbaycan Partiyasının yaradılmasından sonra Azərbaycanda yaranan sabitlik təkrarolunmazdır. Bu, hər ölkəyə xas olan xüsusiyyət deyil. YAP ulu öndərin rəhbərliyi ilə yaradılan bir partiya olduğu üçün, partiyanın ideologiyası da onun dünyagörüşünə, onun siyasi baxışına dayanır. Azərbaycanın bu illər ərzindəki inkişafı da məhz bu partiyanın hakimiyyətdə olduğu illərdə baş verib. Qeyd etmək lazımdır ki, Azərbaycanın inkişafının əsas hissəsi isə son 17 ilə təsadüf edir. İlham Əliyevin həm partiyaya, həm də ölkəyə rəhbərlik etdiyi illər ərzində ciddi islahatlar həyata keçirilib, sürətli inkişaf təmin edilib, Heydər Əliyevin əsasını qoyduğu siyasi sabitlik daha da möhkəmləndirilib. Cənab Prezidentin Azərbaycanda yaratdığı yeni realllıqlar dünyada Azərbaycana baxışları dəyişib. Fikrimcə, qarşıda duran məsələlər də yeni reallıqlara və çağırışlara uyğunlaşdırılmalıdır”.
Nəzrin Cavid
29 Mart 00:03
28 Mart 23:59
28 Mart 23:24
28 Mart 22:58
28 Mart 22:23
28 Mart 20:43
28 Mart 20:38
28 Mart 20:33
28 Mart 19:53
28 Mart 19:51
28 Mart 19:46
28 Mart 19:43
28 Mart 19:41
28 Mart 19:40
28 Mart 19:25
28 Mart 19:16
28 Mart 19:07
28 Mart 19:05
28 Mart 19:03
28 Mart 18:41
28 Mart 17:53
28 Mart 17:42
28 Mart 17:23
28 Mart 17:10
28 Mart 17:05
28 Mart 16:54
28 Mart 16:53
28 Mart 16:52
28 Mart 16:47
28 Mart 16:43
28 Mart 16:38
28 Mart 16:33
28 Mart 16:22
28 Mart 16:19
28 Mart 16:16
28 Mart 15:53
28 Mart 15:52
28 Mart 15:40
28 Mart 15:23
28 Mart 15:01
28 Mart 14:59
28 Mart 14:54
28 Mart 14:52
28 Mart 14:24
28 Mart 14:20
28 Mart 13:57
28 Mart 13:37
28 Mart 13:30
28 Mart 13:27
28 Mart 13:02
28 Mart 12:57
28 Mart 12:53
28 Mart 12:42
28 Mart 12:38
28 Mart 12:33
28 Mart 12:27
28 Mart 12:00
28 Mart 11:58
28 Mart 11:56
28 Mart 11:55
28 Mart 11:29
28 Mart 11:27
28 Mart 11:16
28 Mart 11:14
28 Mart 11:11
28 Mart 11:08
28 Mart 11:06
28 Mart 11:04
28 Mart 11:00
28 Mart 10:47
28 Mart 10:47
28 Mart 10:39
28 Mart 10:37
28 Mart 10:30
28 Mart 10:26
28 Mart 10:16
28 Mart 10:05
28 Mart 10:03
28 Mart 09:58
28 Mart 09:54
28 Mart 09:49
28 Mart 09:45
28 Mart 09:33
28 Mart 09:21
28 Mart 09:15
28 Mart 09:02
28 Mart 08:59
28 Mart 08:58
28 Mart 08:56
28 Mart 08:52
28 Mart 08:50
28 Mart 08:48
28 Mart 08:44
28 Mart 08:38
28 Mart 08:36
28 Mart 08:31
28 Mart 08:24
28 Mart 08:23
28 Mart 08:20
28 Mart 08:15
28 Mart 08:11
28 Mart 08:07
28 Mart 08:03
28 Mart 07:12
28 Mart 07:10
28 Mart 07:06
28 Mart 06:53
28 Mart 06:18
27 Mart 23:49
27 Mart 23:37
27 Mart 23:29
27 Mart 23:26
27 Mart 22:45
27 Mart 22:43
27 Mart 22:08
27 Mart 22:07
27 Mart 22:05
27 Mart 22:03
27 Mart 20:26
27 Mart 19:54
27 Mart 18:42
27 Mart 18:40
27 Mart 18:39
27 Mart 18:33
27 Mart 18:31
27 Mart 18:27
27 Mart 18:23
27 Mart 18:21
27 Mart 18:19
27 Mart 18:18
27 Mart 18:17
27 Mart 18:15
27 Mart 18:11
27 Mart 18:09
27 Mart 18:06
27 Mart 18:03
27 Mart 18:00
27 Mart 17:40
27 Mart 17:33
27 Mart 17:25
27 Mart 17:23
27 Mart 17:20
27 Mart 17:12
27 Mart 16:50
27 Mart 16:45
27 Mart 16:38
27 Mart 16:28
27 Mart 15:37
27 Mart 15:14
27 Mart 15:07
Ən son xəbərləri səhifəmizdən də izləyin