BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Yerevanda yenidən aksiya keçirilir - VİDEO

Ermənistan ordusunun qaziləri və vətəndaşlar Silahlı qüvvələrin baş qərargah rəisi Onik Qasparyana dəstək olmaq məqsədilə Müdafiə Nazirliyinin binası qarşısına toplaşıblar.

 

Pravda.az xəbər verir ki, onlar Baş nazir Nikol Paşinyanın istefası tələbini irəli sürürlər.

 

“Biz Baş qərargahla yanaşı, onun rəisini də dəstəkləyirik. Hökumət artıq öz vəzifələrini yerinə yetirə bilmir. O öz gücünü və imkanlarını iqymətləndirməli və istefa verməlidir. Baş qərargah rəisinin istefası tələbi ordunun ləğvi cəhdidir”, - deyə ehtiyatda olan polkovnik Karen Sarkisyan deyib.

 

Onun sözlərinə görə, ordu heç bir halda siyasətə qarışmır və və bölgələrdə onlara qoşulmaq istəyən xeyli hərbçi var.

 

Ehtiyatda olan polkovnik-leytenant Karen Akopyan da Qasparyana dəstək olduğunu bildirib.

 

Onlar bir neçə saat sonra müxalifətin Baqramyan prospektində başlayacaq mitinqinə qoşulacaqlarını bəyan ediblər.

 

Xatırladaq ki, Ermənistan Silahlı Qüvvələrinin Baş qərargahı siyasi rəhbərliyin dövləti təhlükəli bir həddə çatdırdığını bildirərək fevralın 25-də Baş nazir Nikol Paşinyanın istefasını tələb edib.

 

Tarix: 6 Mart 2021, 14:58   
Loading...

Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin