BURADA REKLAMINIZ OLA
BİLƏR

“Şöhrət” ordeni ilə təltif edilən Novella Cəfəroğlu Prezidentə təşəkkür etdi

“Mənim üçün ən böyük mükafat Qarabağın işğaldan azad edilməsidir. Buna görə də Azərbaycanın Ali Baş Komandanına, ordusuna, xalqımıza minnətdaram”.

 

Bunu Pravda.az-a açıqlamasında Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilən Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu deyib.

 

N.Cəfəroğlu bildirib ki, əsas torpaqların işğaldan azad edilməsi idi, buna da nail olunub: “Xalqımız birləşərək Ali Baş Komandanın ətrafında birləşdi, düşmənə qalib gəldik. Qarabağın azad edilməsi bizi diz üstündən qaldırdı, ucaldıq. Biz beynəlxalq təşkilatların nümayəndələri ilə tez-tez görüşürük. Ermənilər də həmin görüşlərdə iştirak edirdi. Biz onların yanında boynubükük idik. İndi mən onlarla görüşəndə başımı dik tutacağam. Qarabağın qaytarılmasını ən böyük mükafat hesab edirəm. Birlik həmişə müsbət nəticə verir. Prezident məni “Şöhrət” ordeni ilə təltif etdi. Kimin əməyi vardısa, sağ olsunlar, hamısına təşəkkürümü bildirirəm”.

 

Kənan

Tarix: 6 Mart 2021, 15:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin