BURADA REKLAMINIZ OLA
BİLƏR

Diplomatlar işğaldan azad olunmuş torpaqlara növbəti dəfə səfər etdilər

Diplomatik korpus nümayəndələrinin Azərbaycanın işğaldan azad olunmuş torpaqlarına növbəti səfəri başa çatıb.

 

Pravda.az-ın xəbərinə görə, işğaldan azad olunmuş torpaqlara diplomatların növbəti səfəri çərçivəsində onlar Füzuli, Qubadlı və Laçında olublar. Səfər zamanı diplomatlar Füzulidə tikintisi davam edən hava limanı ilə, Laçındakı "GÜLƏBİRD" SES-lə tanış olublar. Diplomatlar, həmçinin bu ərazilərdə Ermənistanın məhv etdiyi dini, mədəni abidələrə də baş çəkiblər.

 

Səfərdə Fransanın Azərbaycandakı səfiri Zakari Qross, Britaniya səfiri Ceyms Şarp, İtaliya səfiri Auqusto Massari, Türkiyə səfiri Erkan Özoral da daxil olmaqla müxtəlif ölkələrin diplomatları, hərbi attaşeləri, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri iştirak edib.

 

Tarix: 6 Mart 2021, 21:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin