BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Karantin rejimi ilə bağlı açıqlama: “Qapanmalar gözləniləndir”

“Koronavirusa yoluxmada artma var, amma bunu çox böyük rəqəmlə ifadə etməyək. Artırsa və ya bundan sonra arta bilərsə, bunun müxtəlif səbəbləri ola bilər”.

 

Pravda.az xəbər verir ki, bunu “REAL İntervyu”ya müsahibəsində Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev deyib.

 

Onun sözlərinə görə, bu, yumşaldılma tədbirləri ilə bağlı olaraq insanlarda yaranan arxayınlıqla əlaqədardır:

 

“Kafe-restoranların, ictimai iaşə müəssisələrinin açılması, insanların belə yerlərə getməsi, maskaya münasibətin belə yerlərdə bir az geri plana düşməsi də burada rol oynaya bilər.

 

Bir çox ölkələrdə, eləcə də, qonşu Türkiyədə koronavirusun daha sürətlə yayılan mutasiyalarına rast gəlinir. Ancaq Azərbaycanda aparılan tədqiqatlarda yeni ştammlar aşkarlanmayıb. Ona görə xəstəlik sayının artmasını böyütməyək.

 

Bir artım var. Ancaq vətəndaşlar daha diqqətli olmalıdırlar ki, sıx tədbirlərin görülməsinə getməyək”.

 

Professor onu da bildirib ki, nə qədər ki pandemiya var, periodik olaraq qapanmalar gözləniləndir:

 

“Ancaq hazırda qapanmaların olub-olmayacağını söyləmək çətindir. Onu zaman göstərəcək. Əhalinin qoyulan tələblərə necə riayət etməsi burda mühüm rol oynayacaq”.

Tarix: 7 Mart 2021, 00:00   
Loading...

Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin