BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Qüdsi Osmanova cinayət işi açılıb? – AÇIQLAMA

Son günlər Azərbaycanın Moldovadakı Fövqəladə və Səlahiyyətli səfiri Qüdsi Osmanov haqqında bəzi informasiyalar tirajlanır. İddialara görə Ukrayna prokurorluğu azərbaycanlı səfirə qarşı cinayət işi açıb. Səbəb kimi Qüdsi Osmanovun qanunsuz olaraq Krıma səfər etdiyi göstərilir.

 

Pravda.az xəbər verir ki, Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanovla həyatı boyu heç vaxt Krımda olmadığını bildirib:

 

“Heç vaxt Krımda olmamışam. Söhbət Rusiya prezidenti Vladimir Putinlə birgə çəkilən şəkillərdən gedirsə, deyə bilərəm ki, o şəkil bir il bundan öncə Soçidə çəkilib. Bir şeyi anlamıram. Əgər Krıma qanunsuz səfər etmişəmsə, niyə mənə qarşı cinayət işi açılmalıdır?! Belə olan halda adım arzuolunmaz şəxslər siyahısına salına bilər”.

 

Qüdsi Osmanov gerçək olmayan informasiyaların yayılmasının ona qarşı növbəti kampaniya olduğunu qeyd edib: “Bu cür tirajlanan dezinformasiyalar mənə və dövlətimə qarşı çirkin kampaniyalardır. Moldovada yaşayan ermənilərlə bəzi qüvvələrin müştərək “işidir”. Bizi ruhdan salmağa çalışırlar. Məni məyus edən fakt odur ki, bu cür çirkin kampaniyada bir qrup azərbaycanlıdan istifadə olunur. Həmin azərbaycanlıların kimliyi bəllidir və ailələrinə görə adlarını açıqlamırıq. Hesab edirəm ki, belə satqın insanlar həmişə olub. Biz isə qarşımıza qoyulan tapşırıqlarla məşğuluq. Bir diplomat kimi bu cür qarayaxma kampaniyasının Ukrayna Azərbaycan qardaşlığına, ikitərəfli əlaqələrə, strateji münasibətlərə xələl gətirməyə hesablandığını istisna etmirəm. Bütün bunlara baxmayaraq biz diplomatiyamızı davam etdirir və öz yolumuzla gedirik”.

 

Azərbaycanlı səfir Azərbaycan jurnalistikasının məsələyə ədalətli yanaşdığını da vurğulayıb:

 

“Azərbaycan jurnalistləri məsələyə dünən də, bu gün də ədalətli formada reaksiya verib. Bu o Azərbaycan jurnalistikasıdır ki, 44 günlük Vətən mühabəsində erməni mediasına, erməni propoqandasına qarşı vuruşub. Bu onu göstərir ki, Azərbaycan jurnalistikası zəfər sahibi olan prezidentimizin getdiyi yolu davam etdirirlər. Eyni zamanda, yaxın gələcəkdə dövlətimizin satqın və yaramaz jurnalistlərlə bağlı da ölçü götürəcəyinə şübhə etmirəm. Çünki media sahəsində anarxiyanın mövcudluğu xalqımızn maraqlarının inkişafına qarşı çıxmaqdır. Ümumilikdə isə, satqın və yaramaz jurnalistlər Azərbaycan jurnalistikasının adına xələl gətirə bilməz”.Modern.az

Tarix: 7 Mart 2021, 12:19   
Loading...

Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin