BURADA REKLAMINIZ OLA
BİLƏR

Tarix institutunun direktorunun kabineti kimi istifadə edilən otaq konfrans zalı oldu

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunda həyata keçirilən ümumi islahatların tərkib hissəsi kimi institutun mövcud mülkiyyətindən səmərəli istifadə edilməsi tədbirləri həyata keçirilir. Belə ki, indiyədək institutda kollektivin ümumi yığıncaqlarının, Elmi Şuranın və Dissertasiya Şurasının iclaslarının keçirilməsi üçün konfrans zalı yox idi. Bu vəziyyət elmi diskussiyaların və dəyirmi masaların təşkilinə də imkan vermirdi. Şöbələrarası müzakirələrin keçirilməsi, kolllektivin inteqrasiyasında da çətinlik yaranırdı. İnstitut rəhbərliyi səmərəli elmi fəaliyyətə mane olan bu halı aradan qaldırmaq məqsədi ilə indiyədək institut direktorunun kabineti kimi istifadə edilən geniş otağı müvafiq dəyişikliklər həyata keçirməklə konfrans zalı kimi təşkil edib.

 

Bu barədə Pravda.az-a Tarix İnstitutu İctimaiyyətlə Əlaqələr şöbəsindən məlumat verilib.

 

Bildirilib ki, konfrans zalının müasir standartlara cavab verməsi üçün zəruri texniki təminat işləri görülür. Bu yenilik nəticəsində institutun kollektivi elmi şuraların, dissertasiya şuralarının və digər elmi məclislərin keçirilməsi üçün müvafiq imkan əldə edə bilib. İnstitut əməkdaşlarının iş yerində elmi yaradıcılıq planlarını reallaşdırması üçün əlverişli şəraitin yaradılması istiqamətində də tədbirlər həyata keçirilir.

Tarix: 7 Mart 2021, 16:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin