BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda “28 mall”ın yaxınlığında başına dəmir düşməsi nəticəsində ölən qadının kimliyi məlum oldu

Bakıda bədbəxt hadisə nəticəsinə vəfat edən qadının kimliyi müəyyənləşib.

 

Pravda.az-ın xəbərinə görə, metronun "28 May" stansiyasının qarşısında başına dəmir parçası düşərək ölən qadın - 1987-ci il təvəllüdlü Namətova Şəfəq Məhərrəm qızıdır.

 

Onun Abşeron rayonu, Xırdalan şəhəri, "Quşçuluq" massivində yaşadığı bildirilir.

 

Qeyd edək ki, hadisə bu gün günorta saatlarında baş verib. Yolun kənarı ilə hərəkət edən qadının başına dəmir parçası düşüb. Nəticədə o, hadisə yerindəcə keçinib.

 

Faktla bağlı araşdırma aparılır.Report

Tarix: 7 Mart 2021, 19:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin