BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Operativ Qərargah qadağalar tətbiq edəcək - VİDEO

Koronavirusa gündəlik yoluxma sayı 500 nəfəri keçərsə, bu, həyəcan təbili çalınmasına işarədir.

 

Bunu ARB24-ün "Nə baş verir?" verilişinə müsahibəsində həkim İmran Mirizadə deyib.

 

Hazırkı vəziyyətin kritik olmadığını qeyd edən həkim gündəlik göstəricilərin 500-ü keçəcəyi təqdirdə aidiyyəti qurumların karantinin sərtləşməsi barədə qərar qəbul edəcəyini bildirib.

 

İ. Mirizadə bayram günlərində yoluxma sayında çoxalma ehtimalı olacağı üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın mart ayındakı qeyri-iş günlərində də müəyyən qadağalar tətbiq edə biləcəyini qeyd edib.

 

Həmçinin İ.Mirizadə hələlik vaksin olunan şəxslərin sayı az olması səbəbindən bunun yoluxma sayına ciddi təsir etmədiyini bildirib:

 

"Hazırda peyvənd olunanların sayı əhalinin 3.5-4 faizini təşkil edir. Bu rəqəmlərin yoluxmanın qarşısının alınmasında ciddi təsir edəcəyini düşünmürəm. Növbəti aylarda vaksinasiya prosesinin daha da güclənəcəyi və bunun effektini də görəcəyimizi düşünürəm".

 

Tarix: 7 Mart 2021, 22:41   
Loading...

Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin