BURADA REKLAMINIZ OLA
BİLƏR

Mehriban Əliyeva qadınları təbrik etdi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva qadınları təbrik edib.

 

Pravda.az-ın xəbərinə görə, təbrikdə deyilir:

 

"Əziz qadınlar!

 

Beynəlxalq Qadınlar Günü münasibətilə sizin hamınızı səmimi-qəlbdən təbrik edirəm! Siz zəriflik, sədaqət, xeyirxahlıq, mənəvi saflıq, gözəllik və ülvilik rəmzi olan

“qadın” sözünün ucalığını ləyaqətlə qoruyursunuz.

 

Vətənimiz üçün layiqli oğullar tərbiyə etmiş analara ən xoş arzularımı çatdırıram! Vətən müharibəsi günlərində siz misli görünməmiş mətanət, fədakarlıq və möhkəm iradə nümayiş etdirdiniz. Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların analarının qarşısında baş əyirəm.

 

Sizin hər birinizə möhkəm cansağlığı və ailə səadəti arzulayıram! Uca Tanrı sizi və sizin doğmalarınızı qorusun!"

Tarix: 8 Mart 2021, 10:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin