BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda istixana yandı

Hacıqabul rayonunda ümumi sahəsi 200 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 100 m² sahədə və yaxınlıqda ümumi sahəsi 230 m² olan istixananın polietilendən ibarət üzlüyü 30 m² sahədə yanıb.

 

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, tövlənin və istixananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Tarix: 8 Mart 2021, 10:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin