BURADA REKLAMINIZ OLA
BİLƏR

"Onlar 44 günlük Vətən müharibəsinin gizli qəhrəmanlarıdırlar" - Nazir

"Bu gün ölkəmizin ictimai-siyasi həyatının bütün sahələrində qadınlar aparıcı mövqeyə sahibdirlər".

 

Pravda.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “facebook” səhifəsində paylaşıb.

 

Nazir qeyd edib ki, təhsil prosesinin də mərkəzində qadınlar dayanır: "Azərbaycanda müəllimlərin 83 faizini xanımlar təşkil edir. Əminliklə deyə bilərik ki, fədakar ruhlu xanımlarımız hər bir Vətən övladının yetişməsində həm ana, həm müəllim kimi 2 qat təsirə malikdirlər. Onlar 44 günlük Vətən müharibəsinin gizli qəhrəmanlarıdırlar. Beynəlxalq Qadınlar Günü münasibətilə bütün xanımlarımızı ürəkdən təbrik edir, onlara möhkəm cansağlığı, ailə xoşbəxtliyi, işlərində uğurlar arzulayıram”.

Tarix: 8 Mart 2021, 14:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin